Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı
Rusiyanın Xabarovsk vilayətində “Тu-95” strateji bombardmançı təyyarə qəzaya uğrayıb.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya güc strukturlarındakı mənbə bildirib ki, qəza zamanı təyyarədə olan 7 ekipaj üzvünün hamısı təyyarənin göyərtəsini tərk etməyə müvəffəq olub.
Təyyarənin düşdüyü ərazini müəyyən etmək üçün An-12 patrul təyyarəsi axtarış aparır.
Xatırladaq ki, bu, son 40 gün ərzində Rusiyanın qəzaya uğrayan 6-cı hərbi təyyarəsidir.
Mənbə:> APA