Rusiyada “Qılıncoynadan” qəzaya uğradı
Rusiyanın Xabarovks vilayətində Su-24M cəbhə bombardmançısı (NATO kodlaşdırmasına görə “Fencer” – “Qılıncoynadan” qəzaya uğrayıb, Rusiya Müdafiə Nazirliyi xəbər verir.
Oxu.Az-ın məlumatına görə, hadisə bombardmançı havaya qalxarkən baş verib.
Hər iki pilot ölüb.
Hadisə Xurba aerodromunun yaxınlığında, Komsomolsk-na-Amure şəhərindən 17 kilometr cənubda baş verib.
Hadisə ilə əlaqədar bölgədə bütün Su-24 bombardmançılarının uçuşları dayandırılıb.
Qeyd edək ki, yayın əvvəlindən Rusiya Hərbi Hava Qüvvələri artıq 5 təyyarəsini itirib.
İyunun 4-də Astraxanda MiQ-29 qəzaya uğrayıb. Elə həmin gün Voronejdə pilotun səhvi ucbatından Su-34 bombardmançısı aşıb.
Mənbə:> Oxu.Az