Suriyada məşhur çeçen “generalı” öldürüldü
Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində “Əhrar əş-Şam” qruplaşmasının lideri əslən çeçen olan “general” Əbu Bəkr Əş-Şişani öldürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə Suriyadakı hərbi mənbə məlumat verib.
“Oktyabrın 14-də Rusiya aviasiyasının Homs şəhərinə endirdiyi zərbələr nəticəsində başda Əbu Bəkr Əş-Şişani olmaqla bir qrup yaraqlı məhv edilib”, - mənbə bildirib.
Elə həmin gün Suriyanın SANA agentliyi ölkənin Silahlı Qüvvələrinin “Əhrar əş-Şam” qruplaşmasının yeddi üzvünü öldürdüyü barədə məlumat yayıb.
Öldürülənlər arasında qruplaşmanın liderlərindən biri Ömər əl-Hodra və onun çeçen əsilli köməkçisi Əbu Anasın olduğu bildirilir.
Mənbə:> Oxu.Az