Hələbdə İran generalı öldürüldü
İran generalı Suriyanın şimalında hərbi əməliyyatlar zamanı öldürülüb, RİA Novosti İranın Farsnews agentliyinə istinadən məlumat yayıb.
Oxu.Az xəbər verir ki, general-mayor Huseyn Hamdani Hələbdə öldürülüb.
“General-mayor, İran inqilabının sərkərdəsi Huseyn Hamdani dünən gecə Suriyanın şimalında Hələb şəhərinin kənarında öldürülüb”, - agentlik yazır.
Daha öncə İranın xarici işlər naziri Mohammad Cavad Zərif Suriyada yalnız İran hərbi müşavirlərinin olduğunu bildirmişdi.
Mənbə:> Oxu.Az