Rusiya bombardmançıları İŞİD-in 2 yüksəkrütbəli komandirini məhv edib
Rusiya bombardmançıları dəqiq aviazərbələr ilə Suriyada radikal “Liva-əl-Hak” qruplaşmasının qərargahını məhv ediblər.
Oxu.Az-ın TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müvaini general-leytenant İqor Makuşev bəyan edib.
“Yüksək dəqiqliyə malik KAB-500S bombaları vasitəsi ilə “Liva-əl-Hak” qruplaşmasının qərargahına birbaşa zərbələr endirilərək məhv edilib. Əməliyyat zamanı İŞİD terror qruplaşmasının 2 yüksəkrütbəli səhra komandiri öldürülüb”, - general deyib.
Makuşev qeyd edib ki, ümumilikdə son sutka ərzində 67 uçuş həyata keçirilib və terrorçuların 60 obyekti məhv edilib.
Mənbə:> Oxu.Az