Suriyada Rusiyaya məxsus helikopter vurulub
Suriyada Rusiyaya məxsus Mİ-25 hərbi helikopteri vurulub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər yayıb.
Nazirliyin məlumatına görə, hadisə Suriyanın Xüms vilayətində baş verib. Helikopterin İŞİD terrorçuları tərəfindən vurulduğu bildirilir.
Helikopter Suriyanın hökumət qüvvələrinin nəzarəti altında olan əraziyə düşüb. Ekipaj həlak olub.
Mənbə:> Oxu.Az