KİV: Suriyada 3 Rusiya hərbçisi öldürülüb
Rusiyanın Dəməşqdəki səfirliyi Suriyada rusiyalıların öldürülməsi xəbərini təkzib edir.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə “TASS”a səfirlikdən bildirilib.
“Reuters-in Suriyada guya “üç rusiyalının həlak olması” və ya “üç rusiyalı hərbçinin öldürülməsi” barədə heç bir məlumat yoxdur. Bu xəbərlər böyük ehtimalla növbəti dezinformasiyadır”, deyə səfirlikdən bildirib.
Səfirlikdə qeyd ediblər ki, bu məlumatların mənbəyi London insan haqları üzrə monitorinq mərkəzindən qaynaqlanır. Bu qurum isə, öz növbəsində, bu xəbəri naməlum mənbələrə istinadən yayıb.
Mənbə:> APA