Putin Rusiya, İran və Azərbaycanın terror ilə mübarizə sahəsində perspektivlərindən danışdı
“Bakı ilə MDB-nin Antiterror Mərkəzi çərçivəsində, habelə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstəririk”.
Bu gün Rusiya, Azərbaycan və İranın bu sahədə sıx dialoq yaratmasından danışmaq olar.
Oxu.Az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə Azərbaycan, İran və Rusiya liderlərinin görüşü üçün Azərbaycana səfəri ərəfəsində AZƏRTAC informasiya agentliyinə verdiyi müsahibəsində bildirib.
“Bu gün Rusiya, Azərbaycan və İranın bu sahədə sıx dialoq yaratmasından danışmaq olar”, - V.Putin deyib.
Prezident qeyd edib ki, Rusiyanı Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması bizi narahat etməyə bilməz.
“Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması bizi narahat etməyə bilməz. Bu regionlardan, ilk növbədə, narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə bağlı beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi yaranır”.
“Belə ki, biz Bakı ilə MDB-nin Antiterror Mərkəzi çərçivəsində, habelə ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstəririk. Mühüm yanaşmalarda Tehranla da mövqelərimizdə yaxınlaşma var. Şanxay Əməkdaşlıq Təşkilatının xətti ilə çoxtərəfli antiterror əməkdaşlığının dərinləşməsində əlavə imkanlar görürük”, - Putin qeyd edib.
İranlı tərəfdaşlarımızla birlikdə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması kanallarının kəsilməsi üzrə “Təmiz Xəzər” adlı əməliyyat keçiririk. “Xəzər antinarkotik beşliyi” forumunun böyük potensialı var.
Mənbə:> Oxu.az