İran naziri Putin və Ruhaninin Bakı görüşündən danışdı
Rusiya və İran prezidentlərinin Bakı görüşü ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ruisya-İran hökumətlərarası komissiyanın həmsədri, rabitə və telekommunikasiya naziri Mahmud Vaezi Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşdə bildirib.
“Liderlərin 2015-ci ildə Tehranda görüşü Rusiya və İran arasında münasibətin pik nöqtəsi oldu. Bakıda avqustun 8-də Həsən Ruhani və Vladimir Putinin görüşü onları növbəti səviyyəyə çıxara bilər”, - deyə Vaezi bildirib.
Xatırladaq ki, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılıb.
Mənbə:> Oxu.az