Putin: Rusiyanı heç kim qorxuda bilməz
Rusiyanın istər Suriyada, istər digər bir yerdə əsas məqsədi terroçuluqla mübarizədir, və Rusiyanı heç kim nə hədələyə, nə də qorxuda bilər.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Dərbənd şəhərinin 2000 illiyinə həsr edilən sərgidə Dağıstanın elmi, mədəni, dini və ictimai təşkilatlarının nümayəndələri ilə görüşdə deyib.
“Ümumilikdə Rusiya xalqını, əsasən də Dağıstan kimi bölgələrimizi heç kim heç vaxt qorxuda bilməyib, belə bir fəaliyyət mənasızdır. Bizim məqsədimiz istər Suriyada, istər digər bir yerdə ilk növbədə terroçuluqla mübarizədir”, - Putin qeyd edib.
Mənbə:> Oxu.Az