Putin: Bizim təcavüz planımız yoxdur, ola da bilməz
Rusiya Federasiyası prezidenti Vladimir Putin Rusiyanın hər hansı bir ölkə üçün təhlükə yaratma ehtimalının olmamasından danışaraq, Moskvanın mübahisəli məsələlərin siyasi vasitələrlə həll edilməsi səyini vurğuladı.
“Bizim təcavüz planımız yoxdur, ola da bilməz. Biz heç kimi hədələyə bilmərik, bütün mübahisəli məsələləri siyasi vasitələrlə həll etməyə çalışırıq, beynəlxalq hüquqa və digər ölkələrin maraqlarına hörmətlə yanaşırıq”, - Putin Ali hərbi məktəblərin müdavimlərinin şərəfinə keçirilən təntənəli tədbirdə deyib, AzNews.info İnterfaks-a istinadən xəbər verir.
O əlavə edib ki, Rusiya dünyaya açıq ölkədir, əməkdaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsinə hazır olan dünyaya açıq ölkədir.
Putin vurğulayıb ki, Rusiya öz sərhədləri yaxınlığında heç də az risk görmür.
“Ona görə də güclü, müasir silahla təmin edilmiş ordu müstəqilliyin və Rusiyanın ərazi bütövlüyünün zəmanətidir, bu, bizim milyonlarla həmvətənimizin dinc və firavan həyatının zəmanətidir”,- prezident deyib.
Mənbə:> Oxu.Az