Putin Rusiyanın Suriyadakı əsas məqsədini açıqladı
Rusiya hərbiçilərinin Suriyadakı əsas vəzifəsi - bu ölkədə qanuni hakimiyyətin stabilləşdirilməsidir.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib.
“Bizim məqsədimiz Suriyada qanuni hakimiyyətin stabilləşdirilməsi və siyasi kompromis əldə etmək üçün şərait yaratmaqdır”, - RF prezidenti bildirib.
Putin qeyd edib ki, səmada və yerdə baş verən hadisələr əvvəlcədən planlaşdırmışdır. Onun sözlərinə görə, rəsmi Moskva Suriyada quru əməliyyatın aparılmasını nəzərdən keçirmir.
Mənbə:> Oxu.Az