Obama Putin ilə müharibəyə hazırlaşmır
ABŞ prezidenti Barak Obama bəyan edib ki, ABŞ və Rusiya arasında qarşıdurma yoxdur, Reuters bildirib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ rəhbəri mətbuat konfransı zamanı bildirib.
“Söhbət Birləşmiş Ştatların və Rusiya arasındakı qarşıdurmadan getmir”, - o deyib və əlavə edib ki, ABŞ Rusiyanın “uğurlu” olmasını istəyir.
Onun sözlərinə görə, Amerika hakimiyyəti Suriya münaqişəsini Rusiya-Amerika “müharibəsinə” çevirmək istəmir.
“Bu, fövqəl dövlətlər arasında şahmat çempionatı deyil”, - Obama vurğulayıb.
Barak Obama həmçinin bəyan edib ki, İran və Rusiya ilə koalisiya tərəfdaşları ilə Suriyada siyasi transformasiya üçün çalışmağa hazırdır.
Mənbə:> Oxu.Az