Putinin Bakı səfəri təsdiqləndi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Putinin Bakı səfəri təsdiqləndi

Putinin Bakı səfəri təsdiqləndi


Avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü planlaşdırılır.

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi xəbər verilmişdi.

Kremlin mətbuat xidmətinin məlumatına əsasən, Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani Bakıda bir sıra beynəlxalq və regional məsələləri, eyni zamanda üç ölkə arasında enerji və nəqliyyat sahələri ətrafında müzakirələr aparacaq.

Liderlərin Bakı səfərində həm də ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *