Kreml: Putin mayda Azərbaycana səfər etməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Kreml: Putin mayda Azərbaycana səfər etməyəcək

Kreml: Putin mayda Azərbaycana səfər etməyəcək


May ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılmayıb.

AzNews.info-nun xəbərinə görə, bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, V.Putinin may ayında Bakıya səfər edəcəyi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur.

“Bu ay ərzində prezidentin Azərbaycana səfəri planlaşdırılmır”, - deyə məlumatda bildirilib.

Diplomatik mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə isə Rusiya prezidentinin yay fəslinin sonuna kimi Azərbaycana səfər edəcəyi istisna edilmir. Səfər güman ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştiraklı bağlı olacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *