Roqozin yenidən Azərbaycana gəlir
Rusiya hökumətinin baş nazirinin müavini Dmitri Roqozin mayın 17-də Azərbaycana səfər edəcək.
AzNews.info bu barədə İnterfaks-Azərbaycana istinadən xəbər verir.
“Rusiya baş nazirinin müavini Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində əsasən Rusiya prezidenti Vladimir Putinin may ayında Azərbaycana gözlənilən səfəri ilə əlaqədar müzakirələr aparılacaq”, - agentliyin mənbəsi bildirib.
Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan vəziyyəti müzakirə edəcəklər.
Mənbə:> İnterfaks-Azərbaycana