Roqozin: Rusiya Azərbaycana silah təchizatını dayandırsa...
“Rusiya İrəvan və Bakıya bərabər şəkildə silah satır”.
Rusiya Ermənistan və Azərbaycana maraqlar tarazlığını gözləyərək silah satır.
Report xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.
“Biz Ermənistan və Azərbaycana maraqlar balansını gözləyərək silah satırıq”, - Roqozin “Exo Moskvı” radiostansiyasının efirində bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, Rusiya tərəflərdən hər hansı birinə silah satışını dayandıran kimi, onun yerini dərhal ABŞ və ya başqa dövlətlər tutacaq.
Mənbə:> report.az