Ermənistan Rusiyanı mənəviyyatsızlıqda ittiham etdi
Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan Rusiyanın Azərbaycana silah təchizatının davam etdirəcəyi ilə bağlı məlumatları şərh edib, Oxu.Az News.am-a istinadən xəbər verir.
“Bütün baş verənlərdən sonra Azərbaycana silah təchizatının davam etdirilməsi mənəviyyatsızlıqdır”, - Ovanisyan öz Facebook səhifəsində yazıb.
Xatırladaq ki, Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Moskva Azərbaycana strateji tərəfdaşı kimi müqaviləyə müvafiq olaraq silah tədarükünə davam edəcək.
Mənbə:> Oxu.az