Azərbaycanın Rusiyadan aldığı texnika Ermənistanı rahat buraxmır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Azərbaycanın Rusiyadan aldığı texnika Ermənistanı rahat buraxmır

Azərbaycanın Rusiyadan aldığı texnika Ermənistanı rahat buraxmır


Əlbəttə, Ermənistan Azərbaycanın Rusiyadan silah alması faktını bəyənmir, lakin yəqin ki, bu, biznes, ticarət məsələləridir.

Oxu.Az xəbər verir ki, bu barədə BBC-yə müsahibəsində Rusiyanın həm Ermənistan, həm də Azərbaycana silah satmasına münasibətini açıqlayan erməni XİN rəhbəri Edvard Nalbandyan bildirib.

“Biz Rusiya ilə hərbi sahədə əməkdaşlıq edir və müvafiq olaraq, Rusiyadan silah alırıq. Burada yeni heç bir şey yoxdur. Rusiyanın Azərbaycana və digər ölkələrə silah satması isə, yəqin ki, təbii bir haldır, çünki Rusiya silah istehsalçısıdır. Əlbəttə, Rusiya silah bazarında aktiv iştirak edir”, - deyə, Edvard Nalbandyan bildirib.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri həmçinin vurğulayıb ki, Rusiya ilə münasibətlər tam müttəfiq münasibətləridir.

“Münasibətləri müttəfiq münasibətlərini adlandırmağın özü də çox böyük məna verir”, - deyə, nazir bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *