Sərkisyan: "Azərbaycan daha müasir silahlara malikdir" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Sərkisyan: "Azərbaycan daha müasir silahlara malikdir"

Sərkisyan: "Azərbaycan daha müasir silahlara malikdir"

"Azərbaycan bu gün daha müasir silahlara malikdir. Ermənistan isə 1980-ci illərin silahları ilə vuruşur".

Virtualaz.org-un məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan bunu Almaniyaya səfəri zamanı deyib.

Sərkisyan həmçinin bildirib ki, Ermənistan Rusiyanın Azərbaycana silah satması faktına da ürək ağrısı ilə yanaşır.

"Rusiya bizim strateji tərəfdaşımızdır. Biz onunla eyni təhlükəsizlik sistemində (KMKT) təmsil olunuruq. Təbii ki, biz Rusiyanın. həm də təkcə Rusiyanın yox, bu qurumdakı digər ölkələrin də Azərbaycana silah satmasına təəssüf edirik" - deyə Ermənistan prezidenti vurğulayıb.

"Ancaq Ermənistanın bu proseslərə təsir etmək imkanları məhduddur", - S.Sərkisyan əlavə edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *