Rusiya 2014-cü ildə Azərbaycana hansı silahları satıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Rusiya 2014-cü ildə Azərbaycana hansı silahları satıb?

Rusiya 2014-cü ildə Azərbaycana hansı silahları satıb?


Rusiya 2014-cü ildə Azərbaycana silah satışı barədə rəqəmləri açıqlayıb.

AzNews.info-nun “AzeriDefence”a istinadən məlumatına görə, Rusiyanın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bu bilgilər yer alıb.

Hesabatda qeyd olunub ki, 2014-cü ildə Rusiya Azərbaycana 65 ədəd tank (T-90S), 78 ədəd zirehli döyüş maşını (BMP-3), 118 ədəd böyek kalibrli artilleriya sisteminin satışını həyata keçirib.

Qeyd edək ki, 2014-cü ildə Rusiya postsovet məkanında Azərbaycandan başqa yalnız Qazaxıstana silah və texnika satışı (6 ədəd artilleriya sistemi, 2 helikopter) həyata keçirib.

BMT Adi Silahlar Registrində yer alan məlumata görə, Rusiya 2013-cü ildə Azərbaycana 10 tank, 10 ədəd piyada döyüş maşını, 438 ədəd artilleriya sistemi və 25 zərbə helikopteri satıb.

Mənbə: AzeriDefence
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *