Ermənilər Lavrovun Bakı səfərindən narazıdırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Ermənilər Lavrovun Bakı səfərindən narazıdırlar

Ermənilər Lavrovun Bakı səfərindən narazıdırlar


Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskayanın sentyabrın 1-də qondarma “DQR” (“Dağlıq Qarabağ Respublikası”) paytaxtında “Qarabağın azadlığı uğrunda həlak olan” ermənilərin “xatirəsini” yad edərək acı göz yaşları tökdüyü vaxt, onun ölkəsinin XİN rəhbəri Sergey Lavrov Bakıda Azərbaycana Rusiya silahının sərgisində iştirak etməyi təklif edib.

Oxu.Az xəbər verir ki, “Aravot” erməni xəbər portalının “Müttəfiq satılır. Qiyməti razılaşdırma yolu ilə” adı altında çıxan materialı məhz bu sözlər ilə başlayır.

Məqalədə Rusiyanın 2010-cu ildə Azərbaycana 5 milyard dollar məbləğində silah və sursat satması qeyd edilir.

“Son dövr ərzində Azərbaycana 94 ədəd T-90C, 100 ədəd ZPM-3”, 18 ədəd “”Msta-S özüyeriyən artilleriya qurğusu, 18 ədəd “Smerç” yaylım atəş reaktiv sistemi, 18 ədəd “Vena” özüyeriyən artilleriya silahı və 6 TOS-1A alovpüskürən sistem, eləcə də bir neçə ədəd mühəndis texnikası çatdırılıb.

Qeyd edək ki, “Solntepek” raket kompleksi sırf hücum funksiyalarına malikdir və son 23 ildə Rusiya ilk dəfə Azərbaycana bu qəbildən olan silah satıb.

Daha öncə Rusiya Azərbaycana, ilkin olaraq İran üçün nəzərdə tutulan S-300 PMU-2 (“Favorit”) zenit-raket sistemi satıb. Amma, Qərbin və İsrailin təzyiqi altında RF-nın sabiq prezidenti Dmitri Medvedevin fərmanı ilə İranla müqavilə ləğv edilib.

S-300 sistemlərinin istehsalçısını - “Almaz-Antey” konsernini yarı yolda qoymamaq üçün, buraxılmış sistemləri Azərbaycana satmaq qərarı alınmışdı. Çatdırılmalar 2010-cu ilin iyulunda başladı və 2011-ci ildə başa çatdı.

Təchizat dəstinə hər divizionda 8 atəş qurğusu, eləcə də 200 ədəd 48Н6Е2 idarə edilən zenit raketi olan 2 “S-300 PMU-2” divizionu daxil idi. Müqavilənin məbləği bəzi məlumatlara görə, 300 milyon dollardan ibarət olub”, - materialda qeyd edilib.

Müəllifin fikrincə, Azərbaycana silahın çatdırılması fonunda Rusiya “İrəvandakı “çoxəsrlik qardaşına” verdiyi dərmanı şirinləşdirmək üçün Qarabağa puç olan “məhəbbətin” möhkəmləndirilməsi üçün gözyaşı tökmə missiyası ilə opera müğənnisini göndərir.

“Xanım Kazarnovskaya “erməni torpaqlarını” “müttəfiq”gözyaşları ilə sulamaq missiyasını uğursuz yerinə yetirir.

Paralel olaraq bu qəbildən və “keyfiyyətdə” digər tədbirlər də həyata keçirilir: məsələn, birdən-birə Qarabağa “gözlənilməz məhəbbət”inin səbəbləri də aydın olmayan, hansısa yarım kriminal rusiyalı biznesmenin arvadının rəhbərliyi altında “yarım afrikan” dəb göstərisi.

Xüsusi xidmətlərin dilində desək, bütün bunlar “gizlətmə” əməliyyatıdır, yəni əsl məqsədi gizlətmək üçün yayındırıcı manevrlər həyata keçirilir.

Ona görə də Ermənistana və ya Qarabağa “birdən”, deyək ki, Nadejda Kadışeva və ya “Buranovski nənələri” gələrsə, bilin ki, deməli hardasa Bakı ətrafında növbəti rusiyalı nazir araq və ya Azərbaycan sürfüllüsünün müşayiəti ilə növbəti silah partiyasını satır.

Sxem alverçisinə və gülməli dərəcədə sadədir: kim ödəyirə müttəfiq də odur. Qiymət razılaşma yolu ilə..”, - erməni jurnalisti Vaqram Ağacanyan yazır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *