Alik Mirzabekyan: Rusiya Azərbaycanı hücuma hazırlayır
Birlik və ziddiyyətlərin mübarizəsi qanununu heç kim ləğv etməyib. Əgər düşmənin hava qüvvələri güclü inkişaf edibsə, biz hava əleyhinə komponenti inkişaf etdirməyə çalışırıq. Azərbaycana çatdırmalara gəldikdə isə biz anlayırıq ki, strateji tərəfdaşlıq, milli maraqlar var, amma məni S-300 və ya Mi-17 deyil, daha çox bunun məhz Rusiya tərəfindən satıldığı maraqlandırır. Məhz Rusiya tərəfindən çatdırılan dəst.
Oxu.Az xəbər verir ki, bu barədə “Eksport vorujeniy” jurnalına verdiyi müsahibə zamanı Ermənistan müdafiə nazirinin müavini Alik Mirzabekyan Rusiyanın Azərbaycana hücum silahlarının çatdırılmasını şərh edərkən bildirib.
“Baxın, nə çatdırılıb: “Smerc” reaktiv yaylım atəş sistemi, TOS-1A, T-90 tankları, MTU-90 tank körpüsalanı. Bütün bunların hamısı hücum silahıdır. Kontur-hücum və hücum əməliyyatları var, əsas əməliyyat vəzifəsi hazır müdaxilə sərhədlərini qırmaqdır. Rusiyanın Azərbaycana satdığı silah isə məhz buna müvafiqdir.
Yəni, mina zərərsizləşdirən, körpüdöşəyən, tanklar, TOS-lar. Bu, narahatlıq yaradır. Yəni məqsədəuyğun şəkildə hücum məsələsini həll edə biləcək silahlar satılıb. Söhbət məhz bundan gedir”, - erməni nazir müavini deyib.
Onun sözlərinə görə, erməni tərəfini Rusiyanın Azərbaycana satdığı hava əleyhinə S-300 kompleksi narahat etmir.
“S-300-ə gəldikdə isə bu haqda heç kim, heç nə demir. Bəli, biz anlayırıq, onlar Avropada adi silah haqqında müqavilədən çıxıblar, bu, bizi ciddi şəkildə narahat edir. Burada bizi silahların çatdırılması faktı deyil, konkret çatdırılmış nomenklatura narahat edir. Bunlar fərqli şeylərdir”, - Mirzabekyan bildirib.
Mənbə:> Oxu.Az