Ermənistan İsraildən silah almaqdan imtina edib
“Centlemen razılaşması qüvvədədir”.
Ermənistan İsraildən silah almaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, bunu bazar ertəsi Ermənistan müdafiə nazirinin müavini David Tonoyan “Azatutyun” (“Azadlıq” radiosunun erməni xidməti) radiosuna verdiyi müsahibəsində bildirib.
Tonoyanın sözlərinə görə, silah satışı bazarı Ermənistan üçün açıqdır, amma Qarabağ münaqişəsi zonasında hərbi imkanların artmasına vasitəçilik etməmək istəyi ilə əlaqədar olaraq Aİ və ABŞ tərəfindən müəyyən siyasi məhdudiyyətlər mövcuddur.
“Münaqişə zonasına silah tədarük etməmək barədə, necə deyərlər, centlemen razılaşması qüvvədədir. Əlbəttə, labüdlükdən irəli gələrək, silah belə məhdudiyyətlərin olmadığı digər ölkələrdən alınır. Həmin İsrail Azərbaycana satılmış analoji silahı təklif etdi.
Biz etiraz etdik, çünki ona ehtiyac duymuruq. Biz bu məsələni başqa cür həll etdik”, - Tonoyan bildirib.
Mənbə:> Oxu.az