Türkiyə “WikiLeaks”ə girişi dayandırıb
762 elektron poçt ünvanından 294 min 548 yazışma və minlərlə əlavə dosye açıqlanıb.
“WikiLeaks” Türkiyə ilə bağlı sənədləri və yazışmaları öz saytına yerləşdirib.
Oxu.Az-ın “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, saytda Türkiyədəki 762 elektron poçt ünvanından 294 min 548 yazışma və minlərlə əlavə dosye açıqlanıb.
“Email”lərin ən yenisi 6 iyul 2016-cı il tarixli, ən köhnəsi isə 2010-cu il tarixlidir.
“WikiLeaks” sənədlərin yerləşdirildiyi sayta hücumlar olduğunu, bu səbəblə sayta giriş məsələsində problem yarandığını bildirib. Türkiyədə isə ümumiyyətlə, həmin sayta giriş dayandırılıb.
Mənbə:> Oxu.az