“WikiLeaks”dən növbəti faktlar
“WikiLeaks” saytı iyunun 29-da ABŞ-ın Fransa rəhbərliyini izləməsi ilə bağlı yeni faktlar çap edəcək.
AzNews.info modern.az-a istinadən bildirir ki, bunu "Rossiya -1" televiziya kanalına müsahibəsində portalın yaradıcısı Culian Assanc deyib.
“WikiLeaks”in məlumatına görə, ABŞ-ın Milli Təhlükəszilik Agentliyi Fransanın 3 prezidenti - Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollanda qarşı kəşfiyyat fəaliyyəti aparıb, o cümlədən onların telefonları da dinlənilib.
Mənbə:> Modern.az