Obama Fransadan üzr istəməlidir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Obama Fransadan üzr istəməlidir

Obama Fransadan üzr istəməlidir


Fransa Milli Assambleyasının sədri Klod Bartolone ABŞ prezidenti Barak Obamanı Assambleyada çıxış etməyə və Fransadan üzr istəməyə dəvərt edib. ANS PRESS-in məlumatına görə, yerli BFM kanalına müsahibə verən Bartolone ABŞ-ın öz səhvini təcili olaraq başa düşəcəyinə ümid etdiyini deyib: “Amerikalılar bu vəziyyətin bütün dünyada əmələ gətirdiyi hiddəti yaxşı dəyərləndirməlidir. Ümidvaram ki, təcili şəkildə səhvlərini başa düşərlər və üzr istəyərlər”.

Bartolone həmçinin bildirib ki, Obama və ABŞ konqresi müttəfiqləri ilə münasibətlərinə aydınlıq gətirməlidir: “Prezident Obamanı millət vəkillərinin qarşısında çıxış etməyə dəvət edirəm. İki dost arasında belə bir sıxıntı var ikən ABŞ prezidenti söz istəyərək münasibətlərimizdə yaranan yeni şərtlərdən danışacaq”.

Obamanı daha əvvəl də Milli Assambleyada çıxış etməyə dəvət etdiyini xatırladan Bartolone bu dəvətini təkrarladığını bildirib.

Bartolone həmçinin bildirib ki, iki ölkə arasında yeni bir başlanğıc olmasa Avropa Birliyi Şurası, ABŞ – AB arasında müzakirələri davam edən “Transatlantik” ticarət və investisiya razılaşmasını imzalamayacaq.

Qeyd edək ki, “Wikileaks” tərəfindən ələ keçirilən və bir neçə gün əvvəl dünya ictimaiyyəıtinə açıqlanan “Yelisey Cəsusluğu” adlı hesabatda Amerika Milli Agentliyinin (NSA) 2006 – 2012-ci illər arasında Fransa prezidentləri Jak Şirak, Nikolas Sarkozi və Fransua Ollandı gizlicə dinlədiyi bildirilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *