İsrailli nazirin arvadı Obamanı təhqir etdi
İsrailli nazirin həyat yoldaşının sosial şəbəkədə güya zaraft etməyə çalışması qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, İsrail xarici işlər naziri Silvan Şalomun həyat yoldaşı Cudi Şalom Nir-Mozes şəxsi twitter səhifəsində ABŞ prezidenti Barak Obama ilə yersiz zarafat edib.
Cudi Mozes yazdığı twitdə, “Obamanın qəhvəsi nədir bilirsiniz? Qara və xəfif” sözləri ilə zaraft etməyə çalışıb.
Birmənalı qəbul olunmayan mesaj sosial şəbəkədə kəskin etirazlarla qarşılanıb. Bundan sonra Cudi Mozes yersiz zarafat etdiyini etiraf edərək üzr istəməli olub.
Mənbə:> ANSPRESS