Obama mərcdə uduzduğu pivələri verdi
ABŞ Prezidenti Barak Obama mərcdə uduzduğu 2 yeşik pivəni ünvana çatdırıb.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Belçikadakı səfirliyi "Twitter" səhifəsində məlumat yayıb.
Qeyd edək ki, ABŞ prezidenti və Belçikanının baş naziri Elio di Rupo 2014-cü il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində öz ölkələri arasında keçirilmiş oyuna hesab veriblər.
Matç öncəsi Rupo Obamanı "Twitter" səhifəsindən 2 yeşik pivədən mərcə girməyə çağırıb. ABŞ prezidenti şərti qəbul edib, amma görüş 2:1 hesabı ilə belçikalıların xeyrinə başa çatdığına görə mərci uduzub.
Mənbə:> ANSPRESS