Obamadan şok etiraf » AzNews.info -Xəbər portalı

Obamadan şok etiraf

Obamadan şok etiraf


“Son 40 ildə gəlir piramidasının ən altında qalan amerikalıların 90 faizinə düşən pay 65 faizdən 53 faizə qədər geriləyib”. ANS PRESS-in məlumatına görə, bu sözləri “Georgetown” universitetində keçirilən “Kasıblıqla mübarizə” mövzulu tədbirdə çıxış edən ABŞ prezidenti Barak Obama deyib. Obama ölkədə sosial və iqtisadi ədalətsizliyin çoxaldığını bildirib.

Keçmişdə ölkədə kasıblarla varlıların eyni məktəblərə, eyni parklara, eyni kilsələrə gedə bildiyini xatırladan Obama, çoxalan gəlir ədalətsizliyinin sosial dinamikləri də dəyişdirdiyini bildirib.

“Dünyada, zənginliyin müəyyən bir qrupda toplanmasına və bəzilərinin geridə qalmasına yol açacaq meyllər həmişə olub. Bizim iqtisadiyyatda isə, daha təhsilli, daha ixtisaslaşmış, daha şanslı və daha böyük imkanlara sahib bu insanlar xalqın digər hissəsindən ayrılır”.

Obama, orta sinifə nə olduğuna baxmadan kasıblığın müzakirə edilməli olduğunu vurğulayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *