Obama ötən ildən danışdı
ABŞ prezidenti 2014-cü ili Amerika üçün önəmli il adlandırıb.
ANS PRESS-in məlumatına görə, Barak Obama deyib ki, 1990-cı illərdən bəri 2014 yeni iş yerlərinin açılışı və işsizliyin son 30 ildə daha tez azalması baxımından güclü il olub.
ABŞ dövlət başçısı 10 milyon amerikalını tibbi sığorta ilə təmin edən sağlamlıq sığortası proqramını alqışlayıb.
Həftəlik müraciəti zamanı Obama biznesmenlərin 240 min yeni iş yeri açdığını və işsizliyin 5.6 faizə endiyini vurğulayıb.
ABŞ prezidentinin müraciəti Tennessi ştatının Pellissippi Kollecində səslənib. Orada Barak Obama iki illik pulsuz kollec təhsili barədə yeni planını açıqlayıb.
Mənbə:> ANSPRESS