Fətullah Gülən Türkiyəyə ekstradisiya olunmağa hazırdır
Müxalif islam vaizi Fətullah Gülən dövlət çevrilişinin təşkilində ittiham olunduğu Türkiyəyə ekstradisiya edilməsinə hazırdır.
AzNews.info xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, o bunu “Vesti.ru” telekanalının efirindən bəyan edib.
“Mən ekstradisiya olunacağımdan qorxmuram. Qərar veriləcəksə, deməli, elə də olmalı imiş...”, - deyə o vurğulayıb.
F.Gülən öz ünvanına səslənən ittihamları bir daha təkzib edib və baş verənlərlə bağlı müstəqil beynəlxalq araşdırma qrupunun yaradılmasına çağırıb.
Mənbə:> Virtualaz.org