Xüsusi təyinatlıların həbs etdiyi oliqarx ekstradisiya olunur
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Kambocanın imiqrasiya rəsmiləri bildiriblər.
“Polonski uzağı bir həftə ərzində ekstradisiya olunacaq, ola bilsin elə bu gün onu Rusiyaya təhvil verəcəklər” - deyə rəsmilər bildirib.
Polonski Kombocada viza müddətindən artıq qalmaqda, xüsusi icazə olmadan işləməkdə və ictimaiyyət əleyhinə fəaliyyətlərdə ittiham olunur. Onun həbsi Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında baş verib.
Oliqarx Moskvada yaşayış kompleksinin tikintisi zamanı payçıları aldatmaqda və 5,7 milyard rublu mənimsəməkdə ittiham olunur.
Mənbə:> Virtualaz.org