Uorlik: ABŞ Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır
“ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla danışıqlar aparıb”.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb.
C.Uorlik yazıb ki, tərəflər hərbi yolu qəbul etmirlər və danışıqlara sadiqdirlər.
“ABŞ münaqişənin nizamlanmasına kömək etməyə hazırdır”, - deyə Uorlik qeyd edib.
Mənbə:> Oxu.Az