Uorlik və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.
“Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi də daxil olmaqla, Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu”, - deyə C.Uorlik bildirib.
Qeyd edək ki, amerikalı həmsədr və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında mayın 31-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılmışdı.
Mənbə:> Oxu.Az