Uorlik Belqradda Qarabağı müzakirə edəcək
ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılmaq üçün Belqrada yollanıb.
Oxu.Az-ın verdiyi məlumata əsasən, bu barədə amerikalı diplomat özünün “Twitter” səhifəsində yazıb.
“ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqraddakı toplantısı sabah öz işinə başlayacaq. Mən yola çıxmışam”, - deyə Uorlik qeyd edib.
Qeyd edək ki, ATƏT XİN Şurasının növbəti toplantısı dekabrın 3-4-də keçiriləcək.
Mənbə:> Oxu.Az