Ceyms Uorlik Londonda Dağlıq Qarabağı müzakirə edib
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Britaniya Xarici İşlər Nazirliyində bu ölkənin Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüş keçirib.
Bu barədə Oxu.Az D.Lidinqton özünün "Twitter" səhifəsində yazıb.
Görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
C. Uorlik həmçinin region üzrə ekspertlər, hökumət nümayəndələri, QHT sektoru üzvləri və akademik dairələrin təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masaya qatılıb.
Amerikalı həmsədr həmçinin Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğunun rəhbəri Maykl Tethemlə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.
Mənbə:> Oxu.Az