Uorlik ABŞ-da Qarabağla bağlı müzakirələr aparır
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys ilə Dağlıq Qarabağla bağlı müzakirələr aparıb.
Oxu.Az xəbər verir ki, bu barədə amerikalı həmsədr özünün twitter səhifəsində yazıb.
“Xarici Əlaqələr Komitəsinə və onun sədri Ed Roysa Dağlıq Qarabağla bağlı müzakirələr aparmağa imkan yaratdığına görə təşəkkür edirəm. Biz münaqişənin həlli istiqamətində müzakirələri davam etdirməyə dair razılıq əldə etdik” - deyə C. Uorlik qeyd edib.
Mənbə:> Oxu.Az