Uorlik Qarabağ münaqişəsinin həllindən danışdı
Biz 2016-cı ildə münaqişənin sülh yolu ilə həlli istiqamətində işi fəallaşdırmalıyıq.
Oxu.Az xəbər verir ki, bu barədə cümə günü ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz 2016-cı ildə sülh yolu ilə həll istiqamətində işi fəallaşdırmalıyıq. Tərəflər deyirlər ki, onlar hazırdırlar. İndi deyilsə, bəs nə vaxt?”, deyə həmsədrin yazısında bildirilir.
Mənbə:> Oxu.Az