Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində ciddi səy göstərir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində ciddi səy göstərir

Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində ciddi səy göstərir


ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunması üçün ən yüksək səviyyədə çalışır.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə deyib.

Səfir Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi ehtimalına da münasibət bildirib:

“Fikrimcə, görüşün tarixi hələ razılaşdırılmayıb. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün tərəflərin görüşünün baş tutmasına çalışır”.

R.Sekuta xatırladıb ki, ötən gecə ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair telefon danışığı aparıb:

“ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu istiqamətdə ciddi səy göstərir”.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *