Macarıstan Rusiyaya görə AB-ni qınadı
Biz təəssüflənirik ki, Avropa Birliyi Rusiyaya sanksiyaları uzadıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Macarıstan Xarici İşlər naziri Peter Siyarto söyləyib. Onun sözlərinə görə, AB-nin fəaliyyəti antidemokratikdir.
Qeyd edək ki, Macarıstan AB üzvü olsa da, Rusiya ilə xoş münasibətlərini qorumağa çalışır. Macar liderlər indiyə qədər Ukrayna məsələsində Rusiya əleyhinə kəskin ifadələr işlətməyiblər.
AB bir neçə gün öncə Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb. Sanksiyalar gələn ilin iyununa qədər qüvvədə olacaq.
Mənbə:> Axar.az