“ABŞ sanksiyalarına xüsusi cavab hazırlayırıq”
Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə ABŞ Moskvanın maraqlarını tapdalamağa çalışır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, ABŞ-ın bu addımında heç bir məntiq yoxdur. Zaxarova ABŞ-ın sanksiyalarına qarşı xüsusi cavab hazırlayacaqlarını bildirib.
Qeyd edək ki, ABŞ dünən Rusiyaya qarşı sanksiyaları artırıb. Sanksiyalar siyahısına Rusiyanın bir sıra iri bank və şirkətləri daxil olub.
Mənbə:> Axar.az