Rus KİV-i: “Türkiyəyə sanksiyalar bizə zərər verəcək”
Rusiya Türkiyə ilə əlaqələri kəsməsinin əvəzini ağır ödəyəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Gazeta.ru” saytı yazıb.
Sayt Rusiyanın Türkiyəyə qarşı iqtisadi sanksiyalar qərarını tənqid edib:
“Başqa ölkələrdən qida idxalına qadağa qoymaq o ölkənin iqtisadiyyatının gücünün yox, zəifliyinin göstəricisidir. Moskvanın Türkiyəyə sanksiyaları daha çox Rusiyaya zərər verəcək. Rusiya iqtisadiyyatı göründüyü kimi güclü deyil. Türkiyə Rusiyanın ticarət tərəfdaşları arasında altıncı yerdədir. Rəsmi Ankara neft və təbii qazı tez bir zamanda Yaxın Şərq ölkələrindən ala bilər. Lakin Rusiya paltar, ayaqqabı və mətbəx avadanlıqlarını başqa yerdən ala bilməz”.
Qeyd edək ki, Rusiya rəhbərliyi Su-24 qırıcısının vurulmasından sonra Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etmək barədə qərar verib.
Mənbə:> Axar.az