Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyəcək
Rusiya Suriya üzərində vurulan bombardmançısı Su-24 ilə əlaqədar Türkiyə mallarına qarşı heç bir xüsusi məhdudiyyət tətbiq etmək niyyətində deyil.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Rusiya Türkiyə mallarına nəzarəti siyasi vəziyyətin kəskinləşməsi ilə əlaqədar gücləndirir.
“Sözsüz ki, heç bir embarqo tətbiq edilmir. Bununla yanaşı, müxtəlif ekstremist məfhumların təzahürü təhlükəsi artdığına görə əlavə nəzarət tədbirləri həyata keçirilir”, - Peskov bəyan edib.
Peskov qeyd edib ki, nəzarətin gücləndirilməsi həm də Türkiyənin indiki vəziyyətində təbii reaksiyadır.
Mənbə:> Oxu.Az