Türkiyəyə qarşı sanksiyalar Rusiyanı vura bilər – FOTO
“Türkiyəyə qarşı sanksiyaların tətbiqi Rusiyanın özündə əks təsir yarada bilər, çünki Rusiya və Türkiyə iqtisadiyyatı bir-birindən güclü şəkildə asılıdır”.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın keçmiş maliyyə naziri və vətəndaş təşəbbüsləri komitəsinin başçısı Aleksey Kudrin bildirib.
"Mən deyərdim ki, Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqində ehtiyatlı olmaq lazımdır. Rusiyada bizim bəzi sahələrimiz Türkiyədə komplektləşdirilən ticarətdən və çatdırılmalardan çox ciddi asılıdır. Bu səbəbdən bəzi sanksiyalar Rusiyanın bütün sahələrinin əhəmiyyətli dərəcədə pisləşməsinə gətirib çıxara bilər", - deyə Kudrin qeyd edib.
Aleksey Kudrin
Rusiya Maliyyə Nazirliyinin sabiq başçısı həmçinin vurğulayıb ki, o, iqtisadi sanksiyalardansa siyasi sanksiyaların tətbiqini üstün tutardı..Daha əvvəl Rusiya baş naziri Dmitri Medvedev “Su-24” Rusiya bombardmançısının vurulmasına cavab olaraq Türkiyəylə iqtisadi və humanitar ölçülərlə bağlı yeni planlar hazırlamağı tapşırıb.
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bu il aprel ayında canlı yayımda vətəndaşların suallarını cavablandıran prezident Vladimir Putinlə iqtisadi mövzuda mübahisəyə girməyi ilə diqqət çəkmişdi. Hazırda Rusiya prezidenti yanında ekspert cəmiyyətinin üzvü olan, hökumətin tərkibində yer alanda dalbadal iki il dünyanın ən yaxşı maliyyə naziri kimi tanınan Kudrin 2020-ci ildə Rusiyanın SSRİ-nin çöküşündən bu yana dünya ÜDM-də payına görə ən kiçik ölkə olacağını bildirib.
Kudrinin fikrincə 2016-cı ildən sonra Rusiyanın inkişafı olduqca zəif – 0,5-1,5% olacaq. 2020-ci ildə isə dünya iqtisadiyyatında Rusiyanın payı cəmi 2,6% olacaq. Sabiq nazir hesab edir ki, iqtisadi artımın sürətlənməsi üçün biznesə islahatlar planı vermək lazımdır.
Mənbə:> ANSPRESS