Puşkov: “Ankara ağır nəticələri görəcək”
Türkiyəyə tətbiq edilən iqtisadi sanksiyaların rəsmi Ankara üçün ağır nəticələri olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Aleksey Puşkov şəxsi Tvitter hesabında yazıb.
“Tətbiq edilən sanksiyalar düşünülmüş şəkildə hazırlanıb. Əminəm ki, Türkiyəyə qarşı effektiv olacaq. Rəsmi Ankara bunun ağır nəticələrini görəcək. Bu durumdan razı olmayanlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etsinlər”, - Puşkov qeyd edib.
Mənbə:> Axar.az