Putin: Qərbin sanksiyalarına qarşı cavab tədbirlərinin müddəti 1 il uzadılıb
Rusiyanın Qərbə qarşı cavab sanksiyalarının müddəti bu gündən başlayaraq bir il uzadılıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
“Hökumət sədri tərəfdaşlarımızın bizə qarşı sanksiyalarına cavab olaraq sanksiyaların uzadılması ilə bağlı müraciət edib. Bu gün Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi iqtisadi tədbirlərin görülməsi barədə sərəncam imzaladım. Hökumət sədrinin də təklif etdiyi kimi, biz də cavab tədbirlərinin müddətini bu gündən başlayaraq bir il uzadırıq. Hesab edirəm ki, bu, yerli kənd təsərrüfatı istehsalçıları üçün yaxşı istiqamət olacaq”, - deyə Rusiya prezidenti söyləyib.
Mənbə:> APA