Rusiyanın qərarı Avropanı hiddətləndirib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiyanın qərarı Avropanı hiddətləndirib

Rusiyanın qərarı Avropanı hiddətləndirib


Kremlin Avropa İttifaqının 89 siyasətçisinin Moskvaya girişinin qadağan edilməsinə dair addımına cavab olaraq Avropa Parlamenti Rusiya rəsmilərinə qarşı tədbirləri açıqlayıb.

ANS PRESS-in məlumatına görə, nəzərdə tutulan tədbirləri Avropa Parlamentinin prezidenti Martin Şulz elan edib.

O deyib ki, Rusiya hakimiyyəti qərarlarında şəffaflığı təmin edə, beynəlxalq hüquq və hüquqi öhdəliklərlə əsaslandıra bilməyib, hədəfə alınan fərdlərə müdafiə və apelyasiya hüququ verilməyib: "Nə qədər ki, qara siyahı qüvvədədir, Rusiya rəsmilərinin Avropa Parlamentinin binasına girişi məhdudlaşdırılacaq. Rusiyanın Aİ-dəki səfiri Vladimir Çazov və adı çəkilməyən başqa bir Rusiya diplomatı həmin siyahıdadır. Qurum həmçinin Aİ-Rusiya Parlament Əməkdaşlığı Komitəsi ilə işini dayandırıb.

Rusiyanın Avropa Parlamentinin bu addımına reaksiyası gecikməyib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, əslində, heç kəs assambleyaya baş çəkə bilmir. Çünki orda görülməli heç nə yoxdur, nə məhdudiyyətsiz, nə də məhdudiyyətlə.

Xatırladaq ki, Moskva Aİ-nin sanksiyalarına cavab olaraq qara siyahı hazırlayıb. AB sanksiyalarına bank hesablarının dondurulması və səyahət qadağaları daxildir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *