Rusiyadan Avropaya cavab sanksiyası - 89 nəfərlik “qara siyahı”
“Qafqazinfo” Rusiya KİV-ənə istinadən xəbər verir ki, sənədin surəti bir sıra avropa mediasında yayımlanıb.
Rusiyanın “qara siyahı”sında aralarında Avropa Parlamenti üzvləri, yüksək vəzifəli hərbçilər, təhlükəsizlik və kəşfiyyat orqanlarının əməkdaşları da olmaqla 89 nəfər var.
Siyahıda yer alanların əksəriyyəti Baltikyanı ölkələr, Polşa, İsveçrə və Böyük Britaniya vətəndaşlarıdır. Qeyd edilir ki, rəsmi Moskva Aİ-nın Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq ötən il birı sıra avropalı siyasətçi, hərbçi və məmurlara qarşı sanskiya hazırlayıb. Rusiya tərəfi isə hələ ki, siyahını açıqlamayıb. Ölkənin Xarici İşlər Nazirliyi isə avropa mətbuatında yayılan siyahının saxta olduğunu təsdiqləməyib.
Mənbə:> Qafqazinfo.az