Putindən Qərbə cavab
Rusiya sanksiyalara cavab olaraq avtomobillərin idxalını qadağan edə bilər.
ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Valdimir Putinin köməkçisi Andrey Belousov açıqlama verib.
O, bildirib ki, Qərbin sanksiyasına cavab ölçülərinin ikinci paketinin hazırlanır.
Onun sözlərinə görə, sanksiyaların ikinci paketi avtomobillərin və bəzi yüngül sənaye mallarının idxalına məhdudiyyətlərdən ibarətdir.
"Bizdə bir sıra qeyri-kənd təsərrüfatı məhsulları var, hər şeydən əvvəl avropalı tərəfdaşlarımız Rusiyadan daha asılıdırlar, nəinki Rusiya onlardan. Buna avtomobillərin idxalını misal gətirmək olar. Bunları biz ihtehsal etdiyimizdən bizim onlara ehtiyacımız olmayacaq", deyə Belousov bildirib.
O, qeyd edib ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi artıq bu malların siyahısını hazırlayıb: "Ümid edirəm ki, sağlam düşüncə üstün gələcək və biz cavab verməyə məcbur olmayacağıq".
Qeyd edək ki, Avropa Birliyi sentyabrın12- də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Mənbə:> ANSPRESS